Zərbə Terapisi (Shockwave Therapy)
Zərbə terapisi xroniki və davamlı ağrıların müalicəsində tətbiq olunan müasir, qeyri-invaziv fizioterapiya üsuludur. Yüksək enerjili akustik dalğalar vasitəsilə ağrılı nahiyədə qan dövranı artırılır, hüceyrə bərpası stimullaşdırılır və toxumalarda sağalma prosesi sürətlənir. Müalicə ağrının səbəbinə yönəlir və uzunmüddətli nəticə əldə etməyə kömək edir.
Zərbə terapisinin üstünlükləri
-
Cərrahi müdaxilə və iynə tələb etmir
-
Dərmansız və təhlükəsiz müalicə üsuludur
-
Qısa seanslarla aparılır
-
Qan dövranını və toxuma bərpasını artırır
-
Xroniki ağrılarda yüksək effektivlik göstərir
-
Gündəlik həyata fasilə vermədən tətbiq oluna bilər
Zərbə terapisinin istifadə edildiyi xəstəliklər
-
Daban dikəni (plantar fasiit)
-
Çiyin ağrıları və kalsifik tendinit
-
Tennisçi dirsəyi və golfçu dirsəyi
-
Axill vətəri problemləri
-
Diz, omba və topuq nahiyəsində vətər ağrıları
-
Əzələ və bağ zədələnmələri
-
Xroniki bel və boyun əzələ ağrıları
-
Miofasial ağrı sindromu
Zərbə terapisi ağrını müvəqqəti gizlətmir, problemin əsas səbəbinə təsir edərək qalıcı sağalma və funksional bərpanı hədəfləyir.
