Anti-Age & Longevity tibb sağlam yaşlanmanı, həyat keyfiyyətinin qorunmasını və ömrün aktiv mərhələsinin uzadılmasını hədəfləyən müasir tibbi sahədir. Bu yanaşma yaşlanmanı yalnız estetik dəyişikliklər kimi deyil, bədənin daxili sistemlərində baş verən bioloji proseslərin nəticəsi kimi qiymətləndirir.
Yaşlanma prosesi hormonal dəyişikliklər, metabolizmanın yavaşlaması, hüceyrə regenerasiyasının azalması, oksidləşdirici stress və həyat tərzi faktorları ilə birbaşa əlaqəlidir. Anti-Age & Longevity tibbdə əsas məqsəd bu prosesləri erkən mərhələdə aşkar etmək, bədənin daxili balansını qorumaq və yaşlanmanı sağlam şəkildə idarə etməkdir.
Klinikamızda Anti-Age& Longevity yanaşması funksional və bütüncül tibb prinsipləri əsasında tətbiq olunur. Biz hər bir pasiyentin yaşını, cinsini, genetik xüsusiyyətlərini, həyat tərzini və sağlamlıq vəziyyətini nəzərə alaraq fərdiləşdirilmiş yanaşma təqdim edirik.
Bu sahədə əsas hədəf yalnız gənc görünüş deyil, enerjili, balanslı və sağlam həyat tərzinin uzunmüddətli şəkildə qorunmasıdır. Daxili və xarici Anti-Aging metodlarının birlikdə tətbiqi sayəsində həm bədənin daxili sağlamlığı, həm də xarici görünüşü dəstəklənir.
There are no articles to list in this category.