Daxili və Xarici Anti-Aging Yanaşmamız
Renessans Klinikası olaraq anti-aging anlayışına kompleks və vahid yanaşma tətbiq edirik. Gəncliyin yalnız xarici görünüş deyil, daxili sağlamlığın təbii nəticəsi olduğuna inanırıq. Bu səbəbdən klinikamızda anti-aging həm daxildən, həm də xaricdən aparılır.
Daxili Anti-Aging
Daxili anti-aging yaşlanmanın əsas səbəblərini hədəfləyir və orqanizmin bioloji balansını bərpa etməyə yönəlib.
-
Metabolik və hormonal balansın optimizasiyası
-
Hüceyrə və mitoxondrial sağlamlığın dəstəklənməsi
-
Stress və sinir sistemi balansının bərpası
-
Yuxu keyfiyyətinin yaxşılaşdırılması
-
Bioloji yaşın ləngidilməsinə yönəlik longevity protokolları
Məqsəd: daha sağlam, enerjili və funksional bədən
Xarici Anti-Aging
Xarici anti-aging daxili sağlamlığın nəticəsini dəri və üz konturlarında əks etdirməyə yönəlib. Klinikamızda bu sahədə müasir və təhlükəsiz estetik yanaşmalar tətbiq olunur.
-
Lazer kosmetologiyası
Dərinin yenilənməsi, ton və teksturanın yaxşılaşdırılması, kollagen sintezinin stimullaşdırılması
-
İnyeksion kosmetologiya
Dərinin nəmləndirilməsi, həcmin bərpası və yaşlanma əlamətlərinin təbii şəkildə azaldılması
Məqsəd: təbii, balanslı və sağlam gənc görünüş.