Arıqlama Prosedurları
Klinikamızda Sağlam Arıqlama və Metabolizmanın Bərpası
Klinikamızda arıqlama və sağlam çəki idarəsi ilk olaraq həkim müayinəsi və tibbi qiymətləndirmə ilə başlayır. Məqsəd yalnız çəki azalması deyil, daxildən metabolizmanın sürətləndirilməsi, hormonal və metabolik balansın bərpası və bədənin öz daxili resurslarının aktivləşdirilməsidir. Bütün proqramlar funksional və bütüncül tibbi yanaşma əsasında hazırlanır.
Arıqlama prosesinin ilk mərhələsində həkim tərəfindən pasiyentin ümumi sağlamlıq vəziyyəti, metabolik göstəriciləri, hormonal balansı və ehtiyacları qiymətləndirilir. Bu mərhələdən sonra həkim nəzarəti altında metabolizmi sürətləndirən İV terapiyalar planlaşdırılır. Vitamin, mineral, amin turşuları və metabolik aktiv maddələrdən ibarət infuziyalar hüceyrə səviyyəsində enerji istehsalını artırır, yağ metabolizmini dəstəkləyir və daxili balansın bərpasına kömək edir.
Tibbi qiymətləndirmədən sonra prosesə dietoloq dəstəyi əlavə olunur. Təcrübəli dietoloqlarımız həkim tövsiyələrinə əsaslanaraq pasiyentin bədən quruluşunu, metabolik xüsusiyyətlərini, həyat tərzini və gündəlik ehtiyaclarını nəzərə alan fərdiləşdirilmiş qidalanma proqramları hazırlayır. Məqsəd sağlam, davamlı və balanslı çəki itkisini təmin etməkdir.
Arıqlama və bərpa proqramlarının effektivliyini artırmaq üçün G5 masajı, əl masajı, limfa drenaj və ozon sauna kimi prosedurlar kompleks şəkildə tətbiq olunur. Bu prosedurlar detoksifikasiyanı sürətləndirir, ödemin azalmasına, bədən konturlarının formalaşmasına və metabolizmanın aktivləşməsinə dəstək verir.
Klinikamızda tətbiq olunan həkim nəzarətində daxili resursların bərpası proqramları hormonal balansın qorunmasını, immun sisteminin gücləndirilməsini, stressin azaldılmasını və metabolik funksiyaların optimallaşdırılmasını hədəfləyir.
Klinikamızda əsas məqsəd sürətli nəticələr deyil, sağlam, balanslı və uzunmüddətli arıqlama, güclü metabolizma və yüksək həyat keyfiyyətidir.
Klinikamızda Arıqlama və Bədən Formalaşdırma Prosedurları
Klinikamızda arıqlama və bədən formalaşdırma prosedurları sağlam çəki idarəsi, metabolizmanın aktivləşdirilməsi və bədənin balanslı şəkildə forma alması məqsədi ilə tətbiq olunur. Bütün prosedurlar fərdi ehtiyaclara uyğun planlaşdırılır və həkim nəzarəti altında həyata keçirilir.