İnyeksion Kosmetologiya
Klinikamızın İnyeksion Kosmetologiya Xidməti üz və bədənin estetik görünüşünü bərpa etmək, dərinin yenilənməsini təmin etmək və yaşlanma əlamətlərini minimuma endirmək üçün müasir və təhlükəsiz prosedurlar təqdim edir. Təcrübəli kosmetoloqlarımız fərdi yanaşma əsasında hər pasiyent üçün optimal inyeksiya proqramı hazırlayır.
İnyeksion Kosmetologiya yalnız estetik görünüş üçün deyil, həm də dərinin sağlamlığını qorumaq və uzunmüddətli gənclik effekti yaratmaq üçün vacibdir.
İnyeksion Kosmetologiya Xidmətlərimiz
• Botulinum (BOTOX) toksin tətbiqləri;
• Dermal dolğular (Fillerlər);
• Biorevitalizasiya;
• Mezoterapiya;
• PRP (Trombosit Zəngin Plazma);
• Skinbooster prosedurları.
İnyeksiya Kosmetologiya Xidmətimizlə sağlam və parlaq dəriyə qovuşun. Təcrübəli həkimlər və fərdi yanaşma ilə estetik gözəlliyinizi və özünəinamınızı bərpa edin.