Lazer Kosmetologiya
Klinikamızın Lazer Kosmetologiya xidməti dəri və estetik problemlərin müasir, təhlükəsiz və effektiv üsullarla həllini təqdim edir. Təcrübəli kosmetoloqlarımız fərdi yanaşma əsasında hər pasiyent üçün optimal lazer proqramı hazırlayır və yüksək dəqiqlikli texnologiyalarla estetik nəticələr təmin edir.
Lazer kosmetologiya yalnız estetik görünüş üçün deyil, həm də dəri sağlamlığının qorunması, kollagen istehsalının stimullaşdırılması və uzunmüddətli təravətin təmin olunması üçün vacibdir.
İstifadə olunan lazer texnologiyalarımız
Erbium YAG Lazer (Fotona SP Dynamis) – Lazer Cilalama, fraksion cilalama, seborreik xalların, yaşlanma nəticəsində yaranan lentigoların, epidermal xalların, melazma, milium, fibroadenoma, yastı ziyillərin, ksantelazmanın, aktinik keratozların, çapıqların (normatrofik, atrofik, post akne və su çiçəyi çapıqları ) müalicəsi, lazer ginekologiya, dəri gəncləşdirilməsi, sızanaq izləri və incə qırışların müalicəsi.
Nd:YAG Lazer (Fotona SP Dynamis) – dərin dəri problemlərinin, damar patologiyalarının və piqmentasiyanın aradan qaldırılması, kapilyarların(kuperoz), damar patalogiyalarının (gilasabənzər agioma, spayder agioma, venoz göllər və rozacea), iltihablı rozaceanın, dırnaq göbələyinin, ziyillərin müalicəsi, lazer cavanlaşma, akne sterlizasiya və fotobiomodulyasiya (boğaz ağrıları, oynaq ağrıları).
PDL (Vbeam Perfecta) – damar problemləri, qırmızı ləkələr və rosasea müalicəsi.
Q-Switched Nd:YAG Lazer (Fotona Star Walker) – piqment ləkələri, tatu və döymələrin effektiv silinməsi.
KTP Lazer (Karbonil Titanil Fosfat, Fotona Star Walker) – səthi damar problemləri və dəri tonunun bərpası.
Alexandrite Lazer (Candella Gentle Lase Pro U) – epilyasiya və saç problemlərinin lazer müalicəsi.
Lazer Kosmetologiya xidməti ilə dəriniz sağlam, təravətli və gənc görünəcək. Müasir texnologiyalar və fərdi yanaşma ilə estetik gözəlliyinizi bərpa edin.