Krioterapiya (Maye Azotla Müalicə)
Krioterapiya — çox aşağı temperaturda olan maye azot (−196°C) vasitəsilə dəri üzərindəki problemli toxumaların təhlükəsiz və effektiv şəkildə müalicə üsuludur. Bu metod dermatologiyada geniş tətbiq olunur və xoşxassəli dəri törəmələrinin aradan qaldırılmasında yüksək nəticə verir.Klinikamızda krioterapiya proseduru müasir tibbi avadanlıqlar vasitəsilə, təcrübəli dermatoloqların nəzarəti altında fərdi müalicə planına uyğun həyata keçirilir.
Üstünlükləri
• Cərrahi müdaxilə olmadan müalicə;
• Sürətli və effektiv nəticə;
• Minimal ağrı və diskomfort;
• Çapıq riski çox aşağı;
• Qısa sağalma müddəti.
Krioterapiya hansı hallarda tətbiq olunur?
• Ziyillərin (verruka) müalicəsi;
• Xoşxassəli dəri törəmələri;
• Aktinik keratoz (günəş zədələri);
• Seçilmiş xallar;
• Dəri üzərində lokal lezyonlar.