(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

TENS Cihazı (Transkutan Elektrik Sinir Stimulyasiyası)

TENS cihazı ağrıların azaldılmasında istifadə olunan təhlükəsiz və qeyri-invaziv elektroterapiya üsuludur. Cihaz vasitəsilə dəri üzərindən verilən aşağı tezlikli elektrik impulsları sinir uclarına təsir edərək ağrı siqnallarının beyinə ötürülməsini zəiflədir və rahatlama yaradır.

TENS həm kəskin, həm də xroniki ağrılarda effektiv tətbiq olunur və dərman istifadəsinə ehtiyacı azaltmağa kömək edir. Müalicə seansları qısa müddətlidir və pasiyent gündəlik həyatına mane olmur.

TENS cihazının üstünlükləri

  • Dərmansız və təhlükəsiz müalicə üsuludur

  • Qeyri-invazivdir, iynə və cərrahi müdaxilə tələb etmir

  • Ağrını qısa müddətdə azaltmağa kömək edir

  • Əzələ rahatlaması yaradır

  • Evdə və klinik şəraitdə tətbiq oluna bilər

  • Yan təsir riski minimaldır

TENS cihazının istifadə edildiyi hallar

  • Bel və boyun ağrıları

  • Diz, çiyin və oynaq ağrıları

  • Əzələ spazmları və gərginliklər

  • Disk yırtığına bağlı ağrılar

  • Travma sonrası ağrılar

  • Miofasial ağrı sindromu

  • Nevralgiyalar (sinir ağrıları)

  • Əməliyyat sonrası ağrılar

TENS cihazı ağrını müvəqqəti olaraq nəzarət altına almağa kömək edir və fizioterapiyanın digər müalicə üsulları ilə birlikdə tətbiq edildikdə daha effektiv nəticə verir.

Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon