Maqnitoterapiya (Maqnit Cihazı)
Maqnitoterapiya aşağı tezlikli maqnit sahəsindən istifadə edərək toxumalarda qan dövranını artıran, iltihabı azaldan və bərpa proseslərini sürətləndirən fizioterapiya üsuludur. Maqnit sahəsi hüceyrə səviyyəsində maddələr mübadiləsini yaxşılaşdırır və ağrının azalmasına kömək edir.
Fizioloji təsiri
-
Qan dövranını və limfa axınını artırır
-
İltihab və ödemi azaldır
-
Ağrıkəsici təsir göstərir
-
Sinir keçiriciliyini yaxşılaşdırır
-
Toxumaların regenerasiyasını sürətləndirir
-
Əzələ spazmını azaldır
Hansı xəstəliklərdə istifadə olunur
-
Boyun, bel və döş fəqərələrinin degenerativ xəstəlikləri (osteoxondroz, spondiloz)
-
Disk yırtığı və protruziyalar
-
Oynaq ağrıları və artritlər
-
Travmadan sonrakı ödem və ağrılar
-
Əzələ və bağ zədələnmələri
-
Donmuş çiyin sindromu
-
Diz, çiyin, dirsək və topuq oynaqlarının problemləri
-
Sümük bərpasının gec getdiyi hallar
-
Sinir sıxılmaları və nevralgiyalar
 (1)-200x200.jpg)
 (2)-200x200.jpg)
 (3)-200x200.jpg)
 (4)-200x200.jpg)