(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Fotona SP Dynamis (M021-4AF/3)

Qabaqcıl Lazer Texnologiyası ilə Estetik və Tibbi Mükəmməllik

Fotona SP Dynamis (M021-4AF/3) dünya səviyyəli lazer texnologiyalarını bir araya gətirən, estetik və tibbi prosedurlar üçün nəzərdə tutulmuş yüksək performanslı, sertifikatlı lazer sistemidir. Bu platforma Er:YAG və Nd:YAG lazer texnologiyalarını birləşdirərək dəri, yumşaq toxuma və intim sağlamlıq sahələrində təhlükəsiz və effektiv müalicə imkanları yaradır.

Cihazın çoxfunksiyalı strukturu sayəsində lazer cavanlaşdırma, çapıq və ləkə müalicələri, anti-aging prosedurlar və lazer ginekologiya kimi geniş spektrli tətbiqlər yüksək dəqiqliklə həyata keçirilir.

Əsas Üstünlüklər

Er:YAG lazer texnologiyasının əsas təsir sahələri

  • Səthi dəri lezyonları; 

  • Epidermal qalınlaşmalar;

  • Aktinik keratoz (səthi mərhələ);

  • Seboreik keratoz;

  • Səthi çapıqlar; 

  • Lazer pilinqi;

  • Dərinin yenilənməsi (skin resurfacing);

  • İncə qırışlar; 

  • Dəri teksturasının yaxşılaşdırılması;

  • Dəri tonunun bərabərləşdirilməsi;

  • Burun və ağız boşluğunda səthi lezyonlar;

  • Selikli qişanın minimal invaziv müdaxilələri;

  • Vaginal mukozanın səthi yenilənməsi;

  • Minimal termal zədə ilə toxuma stimulyasiyası;

  • Səthi yumşaq toxuma kəsilməsi; 

  • Yüksək dəqiqlik tələb olunan prosedurlar; 

  • Lentiqoların müalicəsi;

Er:YAG lazerin üstünlükləri

  • Səthi toxumalar üçün ideal;

  • Sağlam toxumaya minimal zərər;

  • Çapıq riski aşağı;

  • Sağalma sürətli;

  • Qanama az.

Nd:YAG lazer texnologiyasının əsas təsir sahələri

  • Damar mənşəli lezyonlar:

  • Şərab ləkələri (port-wine stain)

  • Üz və bədənin səthi damar şəbəkələri (telangioktaziya);

  • Hemangiomalar;

Kapilyarların (kuperoz) müalicəsi;

  • Bəzi dərin piqment lezyonları; 

  • Qırışların və dərinin sərtliyinin yaxşılaşdırılması (skin tightening);

  • Lazer lipoliz (yağ hüceyrələrinin qismən məhv edilməsi);

  • Dəri tonu bərpası və kollagen stimulyasiyası;

  • Yumşaq toxuma kəsilməsi;

  • Qanaxma riski yüksək olan sahələrdə lazer koaqulyasiyası;

  • Dərin toxuma ablaziyası;

  • Burun və boğaz damar lezyonlarının müalicəsi;

  • Tonsillaların və digər yumşaq toxumalardakı iltihabın lazerlə müalicəsi.

Nd:YAG lazerin üstünlükləri

  • Dərin toxumalara nüfuz edir;

  • Damar lezyonlarında yüksək effektivlik;

  • Minimal invaziv prosedurlar üçün uyğundur;

  • Koagulyasiya effekti sayəsində qanaxma az olur.

  • Fraksion və qeyri-fraksion rejimlər – fərdi müalicə yanaşması;

  • Minimal invaziv prosedurlar – sürətli bərpa və yüksək komfort;

  • Yüksək təhlükəsizlik standartları – klinik istifadə üçün beynəlxalq sertifikatlar;

  • Çoxşaxəli tətbiq sahəsi – dermatologiya, kosmetologiya və lazer ginekologiya.
     

Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon