Ultrason Terapiyası
Ultrason terapiyası yumşaq toxuma və oynaqlarda ağrı, iltihab və hərəkət məhdudiyyətlərinin müalicəsində istifadə olunan effektiv fizioterapiya üsuludur. Yüksək tezlikli səs dalğaları vasitəsilə toxumaların dərin qatlarına təsir göstərərək qan dövranını artırır, spazmı azaldır və sağalma prosesini sürətləndirir.
Bu üsul xüsusilə dərin yerləşən toxuma problemlərində səthi müalicələrin təsirinin zəif qaldığı hallarda üstünlük təşkil edir və digər fizioterapiya metodları ilə birlikdə tətbiq edildikdə daha güclü nəticə verir.
Ultrason terapiyasının üstünlükləri
-
Dərin toxumalara təsir göstərir
-
Ağrı və iltihabı azaltmağa kömək edir
-
Əzələ spazmını aradan qaldırır
-
Qan dövranını və toxuma bərpasını artırır
-
Qeyri-invaziv və təhlükəsiz müalicə üsuludur
-
Müalicə seansları qısa müddətlidir
Ultrason terapiyasının istifadə edildiyi xəstəliklər
-
Çiyin, diz və omba ağrıları
-
Tendinit və bursitlər
-
Əzələ gərginliyi və spazmlar
-
Bağ və vətər zədələnmələri
-
Donmuş çiyin (Frozen Shoulder)
-
Travma sonrası toxuma zədələri
-
Yumuşaq toxuma ödemləri
-
Xroniki bel və boyun ağrıları
Ultrason terapiyası ağrını müvəqqəti azaltmaqla yanaşı, toxumalarda sağalmanı sürətləndirərək funksional bərpanı dəstəkləyir.
-200x200.jpg)
-200x200.jpg)
-200x200.jpg)