(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Ultrasəs Müayinəsi, Rəngli doppler müayinəsi, USM Həkimi, Ultrasəsli diaqnostika, USM müayinəsi mütəxəssisİ

Ultrasəs Müayinəsi

Ultrasəs müayinəsi tibdə ən çox istifadə olunan görüntüləmə üsullarından biridir. Ekranda olan təsvir bədən strukturlarından əks olunan müxtəlif ultrasəs keçiriciliyinə malik dalğaların analizi nəticəsində formalaşır.

Ultrasəs müayinə otaqları son nəsil 3D, 4D müasir aparatları ilə təchiz olunmuşdur: Philips İU22 Xmatrix, GE Logic S7 Expert, GE Logic P5, Philips HD11Xe.Müayinənin məqsədi orqan və orqana dair sistemlərin anadangəlmə və qazanılmış patologiyalarını aşkar etmək, xəstələrə diaqnozun qoyulmasına yardım, o cümlədən patoloji prosesin gedişinə və aparılan müalicənin nəticələrinə nəzarətdən ibarətdir. Qarın boşluğunda yerləşən parenximatoz orqanların, qalxanvari vəzin , böyrək və böyrəküstü vəzin, sidik kisəsinin, yumşaq toxumaların , süd vəzilərinin və regional limfa düyünlərinin , ginekoloji orqanların, kişilərdə isə prostat vəzin və s. ultrasəs müayinəsi orqanlardakı patologiyaların aşkarlanmasında geniş istifadə olunur. Bu avadanlıqların köməyi ilə hamiləliyin I,II,III trimestrlərində uşaqlıq plasentar qan dövranının dopplerometriyası, baş-boyunun, beyinin , aşağı və yuxarı ətraf damarlarının rəngli dopplerometriyası aparılır ki, bu da orqanların qan-damaq sistemindəki dəyişiklikləri görməyə imkan verir.

Rəngli doppler müayinəsi

  • Beyinə qan daşıyan böyük damar daralmalarında və trombların aşkarlanmasında;
  • Hamiləlik təqibində uşağın və ananın risk altında olub-olmadığının dəyərləndirilməsində;
  • Yüksək təzyiqin böyrək mənşəli olub-olmadığının araşdırılmasında;
  • Qaraciyər sirrozunda detalların təsbitində;
  • Ətrafların damar xəstəliklərində

USM Həkimi

Ultrasəsli diaqnostika (USM) həkimi, patoloji dəyişikliklərin aşkar edilməsi üçün orqan və sistemlərin ultrasəsini aparan bir mütəxəssisdir. Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların müayinəsində geniş istifadə edilir. Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir.

Ginekoloji USM

Ginekoloji USM

Ginekoloji xəstəliklərin diaqnostikasında ilkin müayinə metodu kimi ginekoloji orqanların USM ( ultrasəs müayinəsi ) durur.USM vasitəsi ilə qadın orqanları haqda ətraflı məlumat əldə etmək mümkündür.
Tam ziyansız olduğu üçün az yaşlılar da bu müayinədən keçə bilərlər.
Ginelokoji USM iki metodla aparılır:
• abdomenal (üstdən)
• transvaginal

USM və doppler müayinəsi  üzrə mütəxəssis kimi fəliyyət göstərir.

1. Abdominal USM ( qaraciyər , mədəalti vəzi , dalaq , öd kisəsi və öd yollarının ultrasəs müayinəsi );

2. Uroloji  USM ( böyrəklərin , sidik yollarının , sidik kisəsinin və prostat vəzin  ultrasəs  müayinəsi;

3. Androloji USM (  prostat vəzin  və toxum kisəciklərinin transabdominal və transrektal ultrasəs müayinəsi ; xayaların ultrasəs  və doppler müayinəsi);

4. Ginekologi USM ( uşaqlıq və uşaqlıq artımlarının , yumurtalıqların və ümumilikdə  kiçik çanağın   transabdominal və transvaginal  ultrasəs müayinəsi);

5. Hamiləliyin ( I - II - III  trimestrinin )  ultrasəs  müayinəsi  və dopplerografiyası;

6. Süd vəzilərinin  ultrasəs  müayinəsi;

7. Limfa düyünlərinin və yumşaq toxumaların  ultrasəs  müayinəsi;

8. Vəzilərin ( qalxanvari  vəzinin ,  tüpürcək vəzilərinin ,  böyrəküstü vəzilərin) ultrasəs  müayinəsi;

9. Uşaqlarda  bud - çanaq oynağının ,  timus  vəzin  ultrasəs  müayinəsi;

10. Neyrosonografiya;

11. Yuxarı və aşağı ətrafların arteriyal və venoz sisteminin  rəngli  doppler müayinəsi;

12. Ekstrakraniyal  dopplerografiya  ( yuxu və onurğa arteriyalarının rəngli doppler  müayinəsi);

13. Transkraniyal  dopplerografiya ( beyin damarlarının rəngli doppler  müayinəsi);

14. Böyrəklərin  və böyrək arteriyalarının rəngli  doppler müayinəsi;

15. Qaraciyərin və portal sistemin  rəngli  doppler müayinəsi.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon