(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Usm müayinəsi hansı hallarda vacibdir, Rentgen, Ürəyin ultrasəs müyinəsi, Rentgen şüaları

Usm müayinəsi hansı hallarda vacibdir

Kiçik çanaq və qarın boşluğu orqanları, böyrək xəstəliklərini, qaraciyər, qalxanvari vəzi, ürək, damar və limfatik düyünlərin hətta, dəri altındakı törəmələri müayinə etmək mümkündür. Qarın nahiyəsində, ürək və ya “qadın orqanları”nda ağrılar, infeksion xəstəliklər, uzun müddət davam edən xroniki və ya kəskin xəstəliklər, şiş şübhəsi zamanı, inkişaf anomaliyaları və s. hallarda həkim USM müayinəsi təyin edə bilər.

Ultrasəs müayinəsi vasitəsilə orqanların strukturundakı dəyişiklikləri, böyrəklərdə, öd kisəsi və ya sidik kisəsində daşların olub-olmamasını, kistaları, ilk dövrlərdə hamiləliyi, eləcə dölün cinsini və s. müşahidə etmək olar.

Hamiləliyin USM - müayinəsi

Hamiləliyin təsdiq edilməsi uşaqlıq daxilində döl yumurtasının izlənməsi ilə müşahidə olunur.

Uşaqlıq daxilində görünən hamiləliyin normal,düzgün inkişafda olmasını göstərən xüsusi göstəricilər var.Hamiləliyin ilk günlərində menstruasiya gecikməsinin müddətinə uyğun olaraq döl öz vaxtında uşaqlıq boşluğuna daxil olmalıdır.Əgər bu baş vermirsə dölün uşaqlıq borularında qalma təhlükəsi yaranır və uşaqlıqdan kənar hamiləlik baş verir.Bu təhlükədən vaxtında yan keçmək üçün erkən hamiləlik dövründə dölün uşaqlıq daxilinə düşdüyünü təyin etdirməyin böyük əhəmiyyəti var.

Sonrakı müşahidələr inkişafın düzgün getməsini izləməkdir.Döl ətrafında hematomaların (qansızmaların),ürəkdöyünmənin ,dölün ölçülərinin aydınlaşdırılması mütləqdir.

10-20həftə arasında aparılan müayinə təkcə inkişaf qüsuru deyil ,həmdə genetik dəyişikliklər (xromosom xəstəlikləri,Daun sindromu) haqqında məlumat verilə bilir.

21həftədən sonra fetometriya doppler aparıla bilər.Bu zaman dölün beyin

damarları ,göbək ciyəsi arteriyası ,uşaqlıq arteriyası müayinə olunur.Hamiləliyin müddətinə uyğun alınan rəqəmlər (damarların rezistentlik indeksi,pulsasion indeks,sistolanın diastolaya nisbəti )gözdən qaça biləcək inkişaf qüsuru,oksigen çatmamazlığı ,inkişafın hamiləliyin müddətinə uyğun olub olmaması haqqında məlumat verir.

Dölün ürəyinin yerləşməsi, qüsurlu olub olmaması ,ürəkdöyünmələrinin sayının hamiləliyin müddətinə uyğunluluğu araşdırılır.

Ağciyərlərin ,diafraqmanın ,mədə-bağırsağın ,böyrəklərin ,sidik kisəsinin,

sümük sisteminin vəziyyəti aydınlaşdırılır.

Xüsusən infeksiyası olan qadınlarda döldə inkişaf qüsurlarının yoxlanılması çox vacibdir (xusüsən dovşandodaqlıq,qurd ağızlıq).Həmin qadınlarda dölyanı mayenin miqdarı və şəffaflığı böyük əhəmiyyət kəsb edir.

Baş beyində gedən pataloji dəyişikliklər (genişlənmələr,kistalar,mayenin miqdarının artıq olması ,beyin strukturasının düzgün inkişafı və s.)nə qədər tez aşkar olunarsa o qədər vaxtında tədbir görülə bilər.

Ürəyin ultrasəs müyinəsi - Exo (exokardioqrafiya)

Qarın boşluğunun daxili orqanlarının ultrasəs vasitəsilə müayinə etmək mümkün olduğu kimi döş qəfəsində yerləşən ürək haqqında da tam və dəqiq məlumat vermək mümkündür.

Ürək əzələli , daxilində boşluğu olan orqandır.Onun vəzifəsi ağciyərlərdə oksigenlə zənginləşmiş qanı bütün orqanizmə qovmaq və bədəndən çirkli qanı qəbul edib ağciyərlərə təmizləmək üçün ötürməkdən ibarətdir.

Bu proses ürək əzələlərinin düzgün fəailiyyəti nəticəsində baş verir.

Exokardioqrafiya vasitəsilə bu işi yerinə yetirən əzələlərin qalınlığı ,yığılma qabiliyyəti ,qidalanması aydınlaşdırılır.

Sağ və sol mədəciyin ,qulaqcıqların ,ürəyə daxil olan və çıxan damarların ölçüləri aydınlaşdırılır.Ürək əzələsinin qalınlaşması və nazilməsi bir çox patoloji dəyişilməsinə gətirib çıxarır.

Ürək boşluqlarının genəlməsi və ya daralması ürək fəailiyyətinə ciddi təsir göstərir.

Qapaqlarda (mitral ,üçtaylı ,aortal )olan qüsurların (anadangəlmə və qazanılma )

qəqiq təyin olunması ancaq Exo müayinə vasitəsilə müəyyən olunur.

Ürəyin qanı damarlara qovma funksiyalarının (sistolik və diastolik) faizi müəyyənləşdirilir və normativlərə uyğun olub olmadığı göstərilir.

Ürək daxilində və ondan çıxan ,girən damarlarda qanın axın sürətinin normativləri müəyyənləşdirilir.

Rentgen şüaları

– Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Günəş və digər kosmik  obyektlər Rentgen şüalarının təbii mənbələridir.
Rentgen şüaları metallardan, qeyri-metaldan, üzvi maddələrdən keçə bilir. Bu səbəbdən rentgen şüaları tibbdə, texnikada istifadə olunur. Rentgen şüaları atomun, molekulun, kristalların qurluşunu öyrənməyə imkan verir.
          İnstrumental Diaqnostika (rentgen müayinə) müxtəlif orqanların rentgenoqrafiyasını bir proyeksiyada və iki proyeksiyada eləməyə imkan verir
Rentgen müayinəsi günümüz tibbdə çox vacib bir sahə halına gəlmişdir.

 

           Ultrasəs aparatının iş prinsipi 

– səs dalğalarının fərqli toxuma və orqanlardan fərqli şəkildə əks olunma xüsusiyyətinə dayanır. Bu səs dalğaları yüksək frekanslı və insan qulağının eşitməyəcəyi səs dalğalarıdır.

          Ultrasəs müayinə (USM)

 səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, Ultrasəs müayinəsi əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların  müayinəsində geniş istifadə edilir.
Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.

           Doppleroqrafiya 

Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi və s. barəsində dəqiq, ətraflı informasiya almaq olar.

By Renessans Klinikası - 11 Noy 2022 1238 0 comments
Previous Next
Usm müayinəsi hansı hallarda vacibdir, Rentgen, Ürəyin ultrasəs müyinəsi, Rentgen şüaları
Usm müayinəsi hansı hallarda vacibdir, Rentgen, Ürəyin ultrasəs müyinəsi, Rentgen şüaları
Usm müayinəsi hansı hallarda vacibdir, Rentgen, Ürəyin ultrasəs müyinəsi, Rentgen şüaları
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon