(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Hamiləlik dövründə ultrasəs müayinəsi, Ultrasəs müayinə, USM, Gözün ultrasəs müayinəsi

  Hamiləlik dövründə ultrasəs müayinənin qiymətləndirilməsi

Ultrasəs hazırda  hamiləlik müayinələrinin ən mühüm hesab olunanıdır. Hamiləlikdə heç bir problem olmasa da müəyyən vaxtlarda müəyyən fasilələrlə ultra səs nəzarəti aparılır. Hamiləliyin fərqli aylarında ultrasəslə fərqli dəyərləndirmələr aparılır. Məsələn, hamiləliyin ilk aylarında yalnız körpənin kilosu ölçülməz ürək adımı və uşaqlığın böyüklüyü kimi qiymətləndirmələr aparılır, hamiləliyin 5-ci ayında kilosu, suyu, plasentanın vəziyyəti, orqanların strukturu kimi daha ətraflı qiymətləndirmə aparılır, bunlardan başqa da fərqli aylarda fərqli dəyərləndirmələr aparılır. 

Ultrasəs qiymətləndirməsi ilə təxminən 30-35 faiz uşaqda anomaliya olsa belə bilinməyə bilir. Yəni ultrasəs körpədəki inkişafla bağlı pozuntuların çoxunu müəyyən etsə də hər zaman hamısını müəyyən etməsi imkansızdır.

Ultrasəs müayinə

Ultrasəs müayinə (sonoqrafiya) – insan bədəninin, demək olar ki, bütün orqanlarının müayinəsi üçün istifadə olunan qeyri-invaziv instrumental müayinə metodudur. Metodun təməlini, insan orqanizminin toxumalarından keçib, həmin toxumaların sıxlığından asılı olaraq fərqli şəkildə əks olunan, ultrasəs dalğalarının ötürülməsi təşkil edir.

 USM

premium sinifinə aid GE Voluson E10 (üstünlükləri - mükəmməl keyfiyyətli 2D və 3D/4D görüntülər, unikal olan skan sıxlığının dördqat artırılması, alınan məlumatın isə ötürmə sürətinin onqat artırma imkanları) və ultasəs şüasını formalaşdıran və doppler siqnalını emal edən rəqəmsal texnologiyaya malik olan ekspert sinifinə aid GE Voluson E8 cihazları vasitəsilə keçirilir. Cihazlar elektron çox tezlikli sensorların tam paketi ilə təchiz olunub və bu da ultrasəs müayinəsinin bütün növlərinin icra edilməsinə imkan yaradır.

Gözün ultrasəs müayinəsi nədir?

Göz almasının və orbitasının ultrasəs müayinəsi - yüksək tezlikli dalğaları əks etdirməklə patoloji proseslərin lokalizasiya sahələrini müəyyən etməyə imkan verir. Bu zaman dalğaların əks etdirdiyi görüntü mütəxəssisin monitorda görəcəyi göz toxumalarının əyani görüntüsünə çevrilir. Bu metod tez və asan olması, həmçinin öncədən heç bir hazırlıq mərhələsi tələb etmədən keçirilməsinə görə digər müayinələrdən seçilir. Beləliklə həkim, göz toxumalarının və göz dibinin tam şəkilini alaraq, göz əzələlərinin strukturunu qiymətləndirir, retinanın strukturunda olan pozuntuları görür.
Bu müayinə metodu yalnız diaqnostik məqsədlə deyil, həm də risklərin qiymətləndirilməsi və optimal müalicəni təyin etmək üçün əksər hallarda əməliyyatlardan sonra və əməliyyatlardan əvvəl profilaktik məqsədlə də aparılır.

By Renessans Klinikası - 1 Dek 2022 1147 0 comments
Previous Next
Hamiləlik dövründə ultrasəs müayinəsi, Ultrasəs müayinə, USM, Gözün ultrasəs müayinəsi
Hamiləlik dövründə ultrasəs müayinəsi, Ultrasəs müayinə, USM, Gözün ultrasəs müayinəsi
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon