(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Müayinədən keçmək, Check Up, Qadın Check Up Paketləri, Kişi Check Up Paketləri, Chek up müayinəsi

Müayinədən keçmək

Check Up insana öz bədənini tanımağa və bədəninin hansı vəziyyətdə olduğunu öyrənməyə imkan verir. Bu, bizə əslində bizim üçün ən vacib və qiymətli olan, bəzən həyatın təlaşında darıxdığımız sağlamlığımıza həssaslıq göstərmək imkanı verir.

Check Up sağlam fərdlərin sağlamlıq vəziyyətinin ümumi qiymətləndirilməsi və hələ heç bir şikayətə səbəb olmayan mümkün bir xəstəliyin erkən diaqnostikasının aparılmasıdır. Təbabətin hər sahəsində və hər bir xəstəlikdə erkən məlumatlılıq və erkən müalicə insanın həyat rahatlığını artıracaq və ömrünü uzadar. Klassik, lakin əvəzedilməz cümlə doğrudur:  Erkən diaqnoz həyatları xilas edir!

Paketləri yoxlayın

Qadın Check Up Paketləri:

 

Kişi Check Up Paketləri:

 

CHEK UP NƏDİR?

Chek up nədir?

Yaş və cinsə görə təyin olunan illik sağlamlıq müayinəsidir. Bu müayinə yetkin insanlarda 20 yaşından başlayır və hər 1-2 ildən bir ayrı müraciətlər edilir. Lakin 40 yaşından sonra hər il bu müayinələri  etmək daha vacibdir.

Chek-up müayinəsində :səhər acqarına qan, sidik, nəcis nümunələri verilir və sağlamlıq müayinəsi müxtəlif görüntüləmə, EKQ, döş qəfəsi rentgenoqrafiyası, ultrasəs və s. ilə tamamlanır.

Bütün laborator  analizlərin cavabları mütəxəssis həkim tərəfindən qiymətləndirilir və xəstəlik əlamətləri olduqda müvafiq sahənin həkiminə yönləndirilir.

Hər Check-Up müayinəsinin laborator analizləri sabit deyildir. Əsas müayinələr hər il təkrarlanarkən.Hər il artan  yaş qrupuna görə xüsusi müayinələr də  əlavə olunur. Təkrar müayinələr sağlam insanlarda, adətən 1-3 il arasında edilir.

Heç bir chek up müayinə nəticəsi 100% xərçəng və ya ani ölüm riskini müəyyənləşdirmir. Lakin müayinə nəticəsi  90-95% xəstəlik haqqında ehtimal verə bilər. Bu görə hər şeyin normal olduğunu  düşünən insanlar da nadir hallarda ani ölüm və ya xərçəng ilə qarşılaşa bilərlər.Nəticə olaraq bu rəqəmlər Check-Up-a qarşı olan inamı şübhə altında qoymamalıdır. Müayinələr  və alınan laborator analizlər  nə qədər çox olarsa, xəstəliyin riskini müəyyənləşdirmək bir o qədər yüksək olur.

Chek up müyinəsi şəxsə və yaşına görə dəyişir.Kişi,qadın ,uşaq və yaşlanma əleyhinə qruplarına ayrılır.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon