(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Kardiologiya, Ürək-damar cərrahiyyəsi, Ürəyin işəmik xəstəliyi, Aorto, Qazanılmış ürək qüsurları, Ürək qapağı xəstəliyi

Kardiologiya

- kliniki təbabətin ürək-damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir.

Ölümün əsas səbəbkarlarından biri ürək-damar xəstəlikləridir. Kardioloqlar deyirlər ki, nə infarkt, nə də insult birdən-birə baş vermir, hadisənin baş verdiyi andan 10-30 il əvvəl problemlər yaranır. Və bu problem ən başından yaxalansa, xəstənin dərmanlardan istifadə etməklə və ya sadəcə həyat tərzini dəyişdirməklə və pəhrizə riayət etməklə bundan qaçmaq şansı çoxdur.

Ürək-damar-cərrahiyyəsi

damar cərrahiyyəsi şöbəsində kardioloji xəstəliklərinin müalicəsi müasir dövrün tələblərinə cavab verən cərrahi üsullar ilə ən çağdaş texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda peşəkar kardio-cərrahlar tərəfindən həyata keçirilir. 

 

Ürəyin işəmik xəstəliyi 

  

Ürəyin işemik xəstəliyi ən çox rast gəlinən kardioloji patalogiyadır. Ürəyi qidalandıran tac damarlardakı 

daralma və tıxanmalarla özünü biruzə verən ürəyin işemik xəstəliyi ölümə ən çox səbəb olan 

xəstəliklərdən biridir. Son 25 ildə koronar ürək xəstəliklərində görülən bu sürətli artımın əsas 

səbəbləri aşağıdakılardı: 

Gedərək pozulan qida rasiyonumuz (ürəyə faydalı qidalar yerinə yağlı yemək növlərinin seçilməsi) 

Sürətli urbanizasiyanın  və texnologiyanın gətirdiyi fiziki hərəkətsizlik və stress 

Qeyri-sağlam həyat tərzi (Siqaret, alkoqol) 

Bu kimi səbəblər, ürəyin tac damarlarındakı daralma və tıxanmaları əmələ gətirir ki, bunlar aorto-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılır. 

  

Aorto - koronar şuntlama əməliyyatı 

  

Ürəyi qidalandıran damarlardakı daralmanın müalicəsi məqsədi ilə, ürəkdən çıxan ana arteriya 

(aorta) və ürəyin öz damarlarındakı (tac arteriyalar) daralma yerindən daha aşağı hissəsi 

arasında damar körpüləri yaratma əməliyyatına “aorto-koronar şuntlanma əməliyyatı” adı verilir. 

Bu əməliyyat adətən “açıq ürək əməliyyatının” aparılmasını tələb edir. Bu zaman ürək və 

ağciyərlər tamamilə dayandırılaraq ürəyin üzərində daha rahat iş imkanı yaradılır. 

Bu əsnada beyin və digər orqanların qan və oksigen ehtiyacı bədən xaricində olan süni 

“ürək-ağciyər” cihazı vasitəsi ilə təmin edilir. 

  

Qazanılmış ürək qüsurları 

  

Qazanılmış ürək qüsurları anadangəlmə olmayan, sonradan qazanılan ürək xəstəlikləridir. 

Bu xəstəliklər arasında ən çox rast gəlinən qapaq xəstəlikləridir. 

  

Ürək qapağı xəstəliyi 

  

Ürək içində olan və qanın axış istiqamətini tənzimləyən 4 qapaq mövcuddur. Müxtəlif 

səbəblərə görə (revmatizm, yaşa bağlı kirəcləşmə, infeksiyalar nəticəsində zədələnmə) 

qapaqların funksiyası pozulur. Qapaqlarda daralmalar və ya çatışmazlıqlar əmələ gəlir. 

  

Ən çox zədələnən aortal və mitral qapaqlardır. Belə hallarda funkisyasını icra edə bilməyən 

qapaqlar çıxarılır və “süni ürək qapağı” ilə dəyişdirilir. Ürək qapaqları mexaniki və ya bioloji 

qapaqla (protezlə) əvəz olunur. Mexaniki qapaq daha dayanıqlıdır, ancaq ömür boyu qan 

durulducu dərman istifadəsini tələb edir. Bioloji qapaq isə daha qısa ömürlüdür (10-15 il) 

ancaq qan durulducu dərman istifadəsi tələb etmir. Bu əməliyyat da şuntlama əməliyyatında 

olduğu kimi açıq ürək əməliyyatı tələb edir. 

  

Anadanqəlmə ürək qüsurları  

  

Bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf pozğunluqlarıdır. 

Bu pozğunluqlar, ürəyin qulaqcıqlar və ya mədəciklərarası divarın defekti (dəliyi), ürəyə gələn 

və ya ürəkdən çıxan damarlardakı anomaliyalar, ürək qapaqlarında darlıq və ya çatmamazlığa 

səbəb olan anomaliyalar, tac damarlardakı anomaliyalar, mədəcik və ya qulaqcıqların inkişaf 

pozğunluqları və ya yuxarıda saydığımız qüsurlardan bir neçəsinin bir yerdə olduğu ürək inkişaf 

pozğunluqları şəklində ola bilər. 

  

Xalq arasında "ürəyi dəlik uşaq" olaraq bilinən anadangəlmə ürək xəstəliklərinin yüzlərlə 

müxtəlif forması vardır. Bu xəstəliklərin bəziləri yüngül, bəziləri orta dərəcədə, bəziləri isə çox 

ağır və mürəkkəb ola bilər. Bu qüsurlar da açıq ürək əməliyyatlarıyla aradan qaldırılır. 

By Renessans Klinikası - 21 Noy 2022 947 0 comments
Previous Next
Kardiologiya, Ürək-damar cərrahiyyəsi, Ürəyin işəmik xəstəliyi, Aorto, Qazanılmış ürək qüsurları, Ürək qapağı xəstəliyi
Kardiologiya, Ürək-damar cərrahiyyəsi, Ürəyin işəmik xəstəliyi, Aorto, Qazanılmış ürək qüsurları, Ürək qapağı xəstəliyi
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon