(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Endokrinologiya, Şəkərsiz diabet, endokrinoloji, Şəkərli Diabet, Endokrin sonsuzluq

Endokrinologiya

Endokrinologiya tibbin endokrin orqanların quruluşu , funksiyası , endokrin patologiyalarının müayinə və müalicəsi , profilaktikasını öyrənən sahəsidir.

Qalxanvari vəzi xəstəlikləri:

Hipertireoz

Hipotireoz

Tireoditlər

Tiroid neoplaziyaları

Qalxanvari vəzin anadangəlmə inkişafdan qalması

Qalxanabənzər ətrafı vəzilərin xəstəlikləri:

 

Hipoparatireoz\

Hiperparatireoz

Osteoparoz

Osteomalyasiya\

Renal osteodistrofiya

Mədəaltı vəzi xəstəlikləri:

 

I tip şəkərli diabet

II tip şəkərli diabet

Hestosyonal diabet

Metobolik sindrom

 Hipofiz xəstəlikləri:

Hipertrolaktinemiya

Akromeqaliya

Kuşinq sindromu

Şəkərsiz diabet

 Yumurtalıqlarda baş verən hormonal pozğunluqlar:

Polikistozlar

Hirsutizm

Endokrin sonsuzluq

Piylənmə xəstəliyi.

Ginekomastiya.

Klinikamızda endokrinoloji xəstəlikləirn dəqiq diaqnostikası üçün bütün müayinə üsulları vardır.

Laborator diaqnostikanın köməyilə bütün hormon analizləri (T3, T4, sərbəst T3, sərbəst T4, TSH, tireoqlobulin, kortizol, DHEA-SO4, FSH, LH, estradiol, prolaktin, testosteron, 17-OH-progesteron, HGH-somatotropin, AKTH, PTH, qanda qlükozanın təyini, C-peptidin təyini, insulin, şəkər yüklənməsi, qlikohemoqlobin )

  • Endokrin orqanların USM-i
  • MRT
  • Rentgen müayinəsi
  • Damarların doppleroqrafiyası
  • İxtisaslı həkim konsultasiyaları
  • İncə iynə aspirasyon biopsiyası
  • Histoloji-sitoloji müayinələr

Autoimmun Tireoidit (AiT) – qalxanvari vəzin xəstəlikləri arasında proqressiv gedişi ilə birinci yeri tutur. Xəstəlik, vəzin toxumasının autoimmun pozğunluğu ilə başlayaraq, tədricən iltihabı proses və vəzin endokrin funksiyasının pozğunluğu ilə özünü büruzə verir. AiT-xəstəliyində, vəzin toxumasına qarşı antitelin əmələ gəlməsi və vəzin limfoidli infiltrasiyası baş verir. HLA-B8, DR3, DR5 geni daşıyan fərdlərdə xəstələnmə riski yüksək olur.*

AiT - müxtəlif kliniki formalarında ənənəvi müalicəyə əlavə Vobenzim 5 həbdən gündə 3 dəfə olmaqla 6-ay müddətində təyin edilir. Xəstəliyin düyünlü formasında və hipotirioz zamanı əlavə olaraq L-tiroksin 25-100 mg dozada təyin olunur. Artıq 3-ayın sonunda xəstələrin vəziyyətinin yaxşılaşması başlayır və müalicə kursunun sonunda xəstələrin 2/3-də remissiya qeyd olunur. Vəzin ultrasəs müayinəsinin nəticələri isə vəzin ölçülərinin kiçilməsini, toxuma strukturunun yaxşılaşmasını və eyni zamanda, tireoqlobulinə qarşı antitelin miqdarının statistik dürüstlüklə azalmasını və nəhayət endokrin statusun normallaşmasını göstərir.

Şəkərli Diabet

Şəkərli Diabetli xəstələrdə olan diabetik angiopatiyalarda, Vobenzim qəbulunun effektivliyi aşağı ətrafların reovazoqrafik müayinəsinin nəticələrinə (baldırın və pəncənin qanla təcizatının intensivliyi və surət göstəricilərinə görə) əsasən qiymətləndirilmişdir. Vobenzim 10 həbdən gündə 3 dəfə olmaqla 1 ay müddətində təyin edilir. Monoterapiya kurs müalicəsindən sonra, xəstələrin 80% - ümumi vəziyyətin yaxşılaşması qeyd olunur: aşağı ətraflarda olan ağrılar və qıcolmalar keçir, dəri hissiyyatı yaxşılaşır, ətrafların “isinməsi” qeyd olunur, baldırda şişkinlik azalır və ya tam keçir. Reovazoqrafik indeksin göstəricilərində statistik dürüstlüklə müsbət dinamika aşkar edilmişdir (baldırda – 24,6%, pəncədə 23,5%).

“Diabetik Pəncə”də Vobenzim kompleks müalicəyə 7 həbdən gündə 3 dəfə olmaqla 2-ay müddətində təyin edilməsi, ağrı sindromunun və şişkinliyin aradan götürülməsinə, bütün növ hissiyyatların bərpa olunmasına səbəb olur ki, bu da öz növbəsində, bəzən amputasiyadan yan keçməyə şərait yaradır. 

By Renessans Klinikası - 1 Noy 2022 1283 0 comments
Previous Next
Endokrinologiya, Şəkərsiz diabet, endokrinoloji, Şəkərli Diabet, Endokrin sonsuzluq
Endokrinologiya, Şəkərsiz diabet, endokrinoloji, Şəkərli Diabet, Endokrin sonsuzluq
Endokrinologiya, Şəkərsiz diabet, endokrinoloji, Şəkərli Diabet, Endokrin sonsuzluq
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon