(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Endokrinologiya, həkim endokrinoloq, endokrin xəstəliklərin diaqnostikası, endokrinoloji

Endokrinologiya

Xəstəxanamızda təcrübəli həkim-endokrinoloqlarımız tərəfindən endokrin sistemi xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi həyata keçirilir.

Müalicə olunan xəstəliklər:

  • Hipertireoz (Zəhərli zob)
  • Hipotireoz (Düyünlü zob)
  • Qalxanvari vəzi xərçəngi
  • Tireoditlər
  • Qalxanabənzər vəzin anadangəlmə inkişafdan qalması
  • Şəkərli diabet, Şəkərli diabetin monitorinqi
  • İnsulin pompası ilə mualicə
  • Hamiləliklə bağlı şəkərli diabet
  • Hipoqlikemiya (qan şəkərinin aşağı düşməsi)
  • Piylənmə
  • Dislipidemiyalar (qan yağları)
  • Osteoporoz (sümük əriməsi)
  • Sümük və kalsium metabolizmi
  • D vitamini əksikliyi
  • Hirsutizm (tüklənmə)
  • Böyrəküstü vəz xəstəlikləri (Kuşinq sindromu –  kortizol yüksəkliyi
  • Adisson xəstəliyi – kortizol yetməzliyi
  • Konn sindromu – aldosteron yüksəkliyi

 

həkim-endokrinoloqları aşağıda qeyd olunan endokrinoloji xəstəliklər hallarında Sizə yardım göstərəcəklər:

Mədəaltı vəzin adacıq aparatının xəstəlikləri: I və II tip şəkərli diabet;

Paratiroid vəzlərinin xəstəlikləri (sistemli osteoporoz, hiperparatireoz, hipoparatireoz);

Qalxanabənzər vəzin xəstəlikləri (hipotireoz sindromu, tireotoksikoz sindromu, tireoiditlər, yod çatışmazlığı xəstəlikləri, medikamentoz tireopatiyalar və s.);

Hipotalamo-hipofizar sistemin xəstəlikləri (İtsenko-Kuşinq xəstəliyi, akromeqaliya, şəkərsiz diabet, funksional hiperprolaktinemiya, prolaktinoma və s.);

Böyrəküstü vəzlərin xəstəlikləri (xroniki böyrəküstü çatışmazlığı (Addison xəstəliyi), kəskin böyrəküstü çatışmazlığı, böyrəküstü vəzin qabıq maddəsinin şişləri və s.);

Piylənmə (metabolik sindrom, insulin rezistentlik)

 

endokrin xəstəliklərin diaqnostikası

endokrinoloji profilli xəstələrin müayinəsi və müalicəsi üçün bütün imkanlar mövcuddur. Xəstənin səhhəti barədə təfərruatlı məlumatı əldə etmək üçün bir sıra laborator və instrumental müayinələr təyin edilə bilər (qan analizləri, həmçinin hormonlar, USM-si, EKQ, KT, rentgen və s.)

 

Şəkərli diabet xəstələrinin müalicəsi

Şəkərli diabetin istənilən növündən əziyyət çəkən xəstələrin müayinəsi və müalicəsi MediClub-ın həkim-endokrinoloqların fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Terapevtik tədbirlər kompleksinə şəkər səviyyəsini aşağı salan medikamentlərin seçilməsi və pəhrizin tərtib edilməsi daxildir. Ehtiyac yarandıqda xəstənin insulin müalicəsinə keçirmə prosedurasında peşəkar yardım göstərilir.

By Renessans Klinikası - 1 Noy 2022 1069 0 comments
Previous Next
Endokrinologiya, həkim endokrinoloq, endokrin xəstəliklərin diaqnostikası, endokrinoloji
Endokrinologiya, həkim endokrinoloq, endokrin xəstəliklərin diaqnostikası, endokrinoloji
Endokrinologiya, həkim endokrinoloq, endokrin xəstəliklərin diaqnostikası, endokrinoloji
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon