(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Akne, Aknenin əmələ gəlmə səbəbləri, Qoturluq, Ekzema, Demodeks

Akne

Akne tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Bu zaman follikulun ağızcığı dəri pulcuqlarından və dəri piyindən əmələ gələn sıx “tıxac” ilə qapanmış olur. Aknelər müxtəlif olur. Follikullar açıq olduqda tıxaclar üz dərisində qara nöqtə kimi görünür və açıq kamedonlar adlanır. Kamedonlar bağlı da olur (dəri səthi ilə əlaqəsi olmur). Belə kamedonlar ağ zivcələr (ağ nöqtələr və ya miliumlar) adlanır. Bu zaman dəri piyi ifraz olunsa da, onun axarı bağlı olduğu üçün piy dərinin səthinə çıxa bilmir. Nəticədə kiçik hündürlük (təpəcik) – piy şişi (“jirovik”) əmələ gəlir.

Kamedon və ya dərialtı civzələr iltihablaşdıqda, yəni onlara mikroblar düşdükdə, üz dərisində irinli civzələr əmələ gəlir. Beləliklə, üz nahiyəsində civzələr şəklində olan səpgilər, açıq və bağlı kamedonlar – bunların hamısı aknenin müxtəlif formalarıdır.

Aknenin əmələ gəlmə səbəbləri

Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır; çünki piy onlar üçün qidalı mühitdir. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrü başa çatanadək (20-25 yaşadək) keçib gedir.

Hormonal problemlər yuxarı yaşlarda olan insanlarda da baş verdiyi hallarda, onların da dərisində sızanaqlar əmələ gələ bilər.  Orqanizmdə hormonal tarazlığın pozulmasından savayı, dəridə sızanaqların əmələ gəlməsinin bir çox digər səbəbləri də ola bilər: dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri, streslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma (yağlı və şirin qidalardan artıq dərəcədə qəbul edilməsi və s.), dekorativ kosmetik vasitələrin bəzi növləri və digərləri.

İrsiyyət də sızanaqların əmələ gəlməsinin səbəblərindən biridir. Sızanaqlar, adətən, dərisi yağlı olan insanlarda daha çox təsadüf edilir. Bu əlamət isə, adətən, irsi şəkildə verilir. Bəzi dərman preparatlarının (antibiotiklər, hormonlar, steroidlər) qəbul edilməsi də sızanaqların əmələ gəlməsinə təkan verə bilər.

Sızanaqların əmələ gəlməsi və daha çox yayılmasına səbəb olan səhvlərdən biri irinləmiş sızanaqların əllə sıxılmasıdır. Sızanaqların əllə sıxılması zamanı infeksiya iltihablaşmış piy vəzisi yolundan iltihablaşmamış piy vəziləri yollarına keçərək onları da iltihablaşdırır.

Heç bir halda, xüsusən də isti yay günlərində, çoxlu miqdarda dekorativ kosmetika vasitələri işlətməklə (tonal krem, krem-pudra) sızanaqları “gizlətməyə” də çalışmayın! Bu zaman tonal krem, pudra, toz və tərin bir-birinə qarışması nəticəsində dəridəki məsamələr daha artıq dərəcədə qapanmış olurlar. Bunun nəticəsi olaraq dəridə olan sızanaq və kamedonların sayı da artır. Sızanaqlarla mübarizə üçün mütləq həkimə müraciət edib düzgün diaqnoz və müalicə məsləhət görülür.

Qoturluq

Qoturluq yoluxucu dəri xəstəliyi olub, parazitlər (gənələr) tərəfindən törədilir. Dişi gənələr dəri səthində özünə yol açaraq, orada yumurtaların qoyur. Yumurtalardan çıxan sürfələr dəri səthinə çıxaraq, dərini dişləyirlər və bu da qaşınmaya səbəb olur.

Xəstəliyin əsas əlaməti büküşlərdə səpgilər (xüsusilə barmaqlar arasında, beldə, qarın nahiyəsində, qoltuqaltı, dizaltı, budlararası büküşlərdə) və gecələr artan güclü qaşınmadır. Bəzən qaşınma o qədər güclü olur ki, insan, dərisini bərk qaşıyaraq, cızıqlar əmələ gətirir, daha sonra həmin yerlərdə irinli səpgilərin əmələ gəlməsi müşahidə olunur. Yuxarıda təsvir olunan halları təsadüfən aşkar etsəniz, mütləq həkimə müraciət edin.

Ekzema

Ekzema-xroniki gedişə və residivləşməyə meyilli,polimorf səpgilərlə xarakterizə olunan, neyroallergik mənşəli dərinin iltihabi xəstəliyidir. Ekzemanın dəqiq etiologiyası indiyədək məlum deyil.

Ekzema aşagıdakı kliniki formalara ayırd edilir:

  • Həqiqi ekzema
  • Mikrob ekzeması
  • Seboreya ekzeması
  • Uşaq ekzeması
  • Peşə ekzeması

Ümumiyyətlə ekzema dəri örtüyünün bütün sahələrində baş verə bilər. Lakin əllərdə, qollarda, üzdə, boyunda, aşagı ətraflarda daha cox rast gəlinir. Ekzemanın proqnozu xəstənin sinir sisteminin vəziyyətindən,onun əmək və məişət şəraitindən, xəstəliyin müddətindən və bir cox səbəblərdən asılıdır. Hazırda ekzema xəstəliyi geniş yayılmışdır. Buna səbəb allergenlərin,sinir sistemi xəstəliklərinin artması, keyfiyyətsiz qidalar, xroniki xəstəliklərin müalicə olunmaması və s.

Demodeks

Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir və gənələrin yaratdığı xəstəlik demodekoz adlanır. Gənələrin növləri çoxdur, yalnız 2 növü Demodex folliculorum və Demodex brevis insanda, qalanları isə heyvanlarda parazitlik edir.

Demodeks gənələri təmas-kontakt yolu ilə insandan-insana və yaxud heyvandan-insana keçir. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür. Dərialtı demodeks gənələri meybom vəzilərində, tük follikularında, axacaqlarında və üz dərisinin piy vəzi sekretlərində (xüsusilə seboreya zamanı) yaşayır.

İnsan bu xəstəliyə gənə daşıyıcısı olan digər insandan yoluxur, hətta ev heyvanlarından yoluxma da mümkündür. Gənələrin bədən səthi pulcuqlarla örtülüdür, bunların sayəsində gənələr tük follikullarına daha möhkəm yapışa bilir. Gənələr hormonlarla , tük follikullarının səthinə çökmüş dəri piyi ilə və oradakı endoplazma ilə qidalanır. Gənələr bir neçə həftə yaşayırlar, onlar tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində onlar böyüyüb yetkin gənəyə çevrilirlər.

Demodeksin sevdiyi yerlər göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun qanadları, dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər.

Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Ona görə də mümkün qədər tez bir zaman ərzində demodeks gənələrindən azad olmaq lazımdır.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon