(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Dermatologiya, Dəri xəstəliklərinin səbəbləri, Akne Vulgaris, Aknenin müalicəsi, dermatoloji xəstəliklər

Dermatologiya

— kliniki təbabətin, dərinin strukturunu və funksiyalarını normada və patologiyada öyrənən, həmçinin dəri xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir.

Dəri xəstəlikləri çox  geniş yayılıb. Dəri əlamətləri bir çox daxili xəstəliklərdə olur. Müasir dövrdə dərini günəş ləkələrinə və ekoloji çirkliyə qarşı qorumaq olduqca asandır.
Dərinin hansı rəngdə olmasından asılı olmayaraq üz dərisində quruluq əlamətləri olduğu zaman ilk növbədə dərini nəmləndirmək məsləhətdir.
Günəş ləkələri, toz və çirk dərinin quru və solğun görünməsinə səbəb olur. Bunlar dəridə zamanla sızanaqlara da gətirib çıxarır. Bu kimi dəri problemlərinin qarşısını almaq üçün losyonlardan və lazım olan  gözəllik prosedurlarından əlavə yağlı nəmləndiricilərdən, dəri gözəlliyinə faydası olan meyvə-tərəvəzlərdən,  çoxlu mayedən  istifadə etmək lazımdır.

Dəri xəstəliklərini yaradan səbəblər çoxdur:

Bunlar həmdə müxtəlif virus və infeksiyalar, həmçinin daxili orqanların xəstəlikləri ola bilər. Yüksək ixtisaslı həkim-dermatoloqlar sizin  bu probleminizin  həllinə kömək edəcək, zəruri müayinələr və rasional müalicə təyin edəcək. Dəri xəstəliklərinin terapiyasında hər pasientə fərdi yanaşma, anamnezin dəqiq yığılması və gündəlik həyatın bütün xüsusiyyətlərinin nəzərə alınması vacibdir. Bu cür həkim strategiyası optimaldır və təkcə dermatoloji aspektdə diaqnostik alqoritmin qorunmasına deyil, həm də çox vaxt başqa yanaşı gedən xəstəlikləri latent fazada, yəni xəstəliyin dönməz xarakter aldığı məqamdan çox əvvəl aşkar etməyə imkan verir. Dermatoloji patologiyanın müalicəsi medikamentoz, yerli, fizioterapevtik, ümumi bərkidici, müasir üsulların aktiv cəlb olunması ilə təyin olunur.

Akne Vulgaris

 — yeniyetmə civzələri, dəri piy vəzlərinin irinli iltihabı ilə xarakterizə olunan, xroniki, tez-tez residivləşən xəstəlikdir. Akne, orqanizmdə androgenlərin balansının pozulması və piy ifrazının çoxalması nəticəsində əmələ gəlir. Dəri piy vəzilərinin axarları dəri piyi ilə qapanır və qara civzələr-komedonlar yaranır. Əksər xəstəliklər 15-18 yaşında əmələ gəlir ki, bu da cinsi yetişkənliklə əlaqədardır. Lakin əlverişsiz amillərin təsiri nəticəsində istənilən yaşda yarana bilər. Aknenin yaranmasına irsi meyil, daxili sekresiya vəzlərinin funksiyasının pozulması, həzm sisteminin pozulması, hipovitaminoz, qeyri rasional qidalanma (çoxlu yağlı, karbohidratlı yemək qəbulu) zəmin yaradır.

Aknenin müalicəsi:

Müalicə kompleks şəkildə həyata keçirilir. Xəstəliyin diaqnostikası  kliniki əlamətlər əsasında aparılır və adətən çətinlik təşkil etmir. Aknenin profilaktikası vaxtında yağlı seboreyanın aşkarlanması və müalicəsi, həmçinin dərinin gigiyenik vəziyyətdə saxlanılmasıdır.

Dərinizdə akne, ekzema, psoriaz, dəri infeksiyaları, saç, dırnaq xəstəlikləri və dəridə meydana gələn  digər estetik problemləriniz yaranıbsa mütləq  həkim — dermatoloqa müraciət edin.

dermatoloji xəstəliklərin müalicəsi:

  • Dəri infeksiyaları
  • Dəridə göbələk xəstəlikləri
  • Piy vəzi xəstəlikləri (sızanaq, yağlı dərinin xəstəlikləri)
  • Allergik dəri xəstəlikləri
  • Qırmızı qurd eşənəyi
  • Psoriaz
  • Vitiligo
  • Dəri törəmələri
  • Saç xəstəlikləri
  • Dırnaq xəstəlikləri
  • Aşırı tərləmə

Dermatoloji problemlər

  • Sızanaq səpkisi
  • Hemangiyomlar
  • Angiyomalar
  • Ksantelazm (göz qapaqlarının düz ksantoması)
  • Qocalıq ziyilləri (seboreik keratoz)
  • Xallar (nevuslar)

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon