(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Cinsi infeksiyaların diaqnostika üsulları, yaxma analizi, Bakterioloji müayinə, pzr, diaqnostik testlər

Cinsi infeksiyaların diaqnostika üsulları

Müasir laboratoriyalar cinsi infeksiyaların bir neçə diaqnostika üsulunu təklif edir, hansı ki, yüksək spesifiklik və dəqiqliyilə seçilir. Onlar təkcə törədicini aşkarlamır, həm də, onun koloniya əmələ gətirmə qabiliyyətini qiymətləndirir. Bu göstərici daşıyıcılıq və ya aktiv infeksiyanı təyin etməyə imkan verir. Bu ona görə lazımdır ki, mikroorqanizmin növündən asılı olaraq, müalicə və ya müşahidə tələb oluna bilər.

Cinsi infeksiyalara görə hansı analizlərin verilməli olduğu müayinənin məqsədindən və hər bir törədicinin xüsusiyyətlərindən asılıdır. Diaqnostika aşağıdakı üsullarlarla aparıla bilər:

  • qadının uşaqlıq yolu və uretrasından, kişinin uretrasından yaxma;
  • mikrobları aşkar etmək üçün bakterial əkmə;
  • göbələk infeksiyalarını müayinə etdikdə mikoloji analiz;
  • virusoloji müayinələr;
  • immunoferment analiz – İFA;
  • zəncirvari polimeraza reaksiyası – PZR.

Bakterioskopik müayinə – yaxma

Cinsiyyət orqanlarından yaxmanın mikroskopik müayinəsi ən sadə diaqnostika üsuludur, ancaq, bütün törədiciləri aşkarlamağa imkan vermir. Həmçinin, gizli infeksiyalarda da az informativdir. Yaxmada yalnız iri mikroorqanizmləri – bakteriyalar, birhüceyrəlilər, göbələkləri və s. aşkarlamaq olur, amma virusları və bir sıra hüceyrədaxili törədiciləri görmək olmur.

Bakterioloji müayinə – əkmə

Qidalı mühitə əkilmə bakterial və göbələk infeksiyalarının diaqnostikasında tətbiq edilir. Laboratoriyada bu məqsədlə selektiv mühit istifadə edilir, hansı ki, yalnız müəyyən infeksiyaların inkişafına imkan verir. Göbələk və mikroblar üçün mühitin tərkibi fərqlidir. Cinsi infeksiyaların bu diaqnostika üsulundan törədicinin antibiotikə həssaslığını öyrənmək üçün də istifadə edilir. Virus koloniyası almaq üçün hüceyrə yığıntısı, toyuq yumurtası və ya digər orqanizmlərin embrionu istifadə edilir.

İmmunoferment analiz – İFA

İmmunoferment analiz (İFA) – bu üsulla xüsusi nişanlanmış fermentin köməyilə antigen və antitelləri aşkarlamaq olar. Bu analizlər həm keyfiyyət, həm də kəmiyyətcə ola bilər: birinci halda mikroorqanizmlərin olması, ikincidə isə – onun konsentrasiyası təyin olunur. Öyrənilən material – qan plazmasıdır.

Zəncirvari polimeraza reaksiyası – PZR

Zəncirvari polimeraza reaksiyası (PZR) mikroorqanizmlərin DNT-sinin aşkarlanmasına əsaslanır. Nəticə almaq üçün nuklein turşusunun bir fraqmentinin olması kifayətdir. Hazırda PZR-in real zaman anında təyini üsulu işlənib hazırlanıb, hansı ki, yoxlanılan materialın vahid həcmində törədicinin sayını təyin etməyə imkan verir. Bu diaqnostika üsulu aşağıda sadalanan bütün bioloji mayelərin müayinəsində effektivdir:

  • sidik;
  • qan;
  • servikal kanal ifrazatı;
  • sperma;
  • ağız suyu.

Ekspres analizlər – diaqnostik testlər

Cinsi infeksiyalar üçün ekspres-analiz də işlənib hazırlanmışdır. O, 15 dəqiqə ərzində nəticə almağa imkan verir. Analiz immunoxromatoqrafiya üsulu əsasında işləyir. Testi müayinə olunan bioloji mayeyə saldıqda, onu özünə hopdurur. Zolağa çəkilmiş antitellər mayedəki maddələrlə reaksiyaya girir. Əgər o müsbətsdirsə, testdə parlaq rəngli zolaq əmələ gəlir.

Ev şəraitində SPİD, sifilisə görə müayinə aparmaq olar. Amma belə analizlərin dəqiqliyi laboratoriya müayinəsinə uyğun gəlməyə bilər. Klinikalarda da sifilisə, SPİD-ə, hepatitlərə görə ekspres testlər istifadə edilir, lakin, onlar ev üçün nəzərdə tutulanlardan fərqlənir.

By Renessans Klinikası - 25 Noy 2022 2374 0 comments
Previous Next
Cinsi infeksiyaların diaqnostika üsulları, yaxma analizi, Bakterioloji müayinə, pzr, diaqnostik testlər
Cinsi infeksiyaların diaqnostika üsulları, yaxma analizi, Bakterioloji müayinə, pzr, diaqnostik testlər
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon