(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Check-Up nədir, Check-Up paket, Check-Up Müayinələr, Ümumi Check-Up paketi

Check-Up nədir?

Check-Up-a tələsin, xəstəlikləri qabaqlayın!

“Profilaktika həmişə müalicədən daha yaxşıdır” bütün həkimlər bunu təsdiqləyir və əhaliyə mütəmadi olaraq check-up-dan keçməyi məsləhət görürlər.

Check-Up paket

Check-Up paket halında hazırlanmış laborator, instrumental və klinik müayinələrdən ibarətdir, insanın sağlamlığı  haqqında tam və ətraflı məlumat toplamağa imkan verir. Check-Up paketləri hazırlanarkən yaş, cins, hər hansı sistemin xəstəliklərinə olan risk faktorları nəzərə alınır. Əsasən 40 yaşdan aşağı və yuxarı, ayrılıqda kişi və qadınlar üçün paketlər nəzərdə tutulur. Eyni zamanda müxtəlif terapevtik, onkoloji, kardioloji , bəzi irsi xəstəliklərə, virus hepatitlərinə, osteoparoza və s.  xəstəliklərə riski nəzərə alaraq check-up paketi hazırlana bilər.

Check-up-dan nə vaxt keçməli?

Müasir dünya standartlarına uyğun olaraq 40 yaşa qədər əhalidə check-up 5 ildən bir, 40 yaşdan yuxarı isə əvvəlki check-up-ın nəticəsindən asılı olaraq 1-3 ildən bir aparılması məsləhət görülür.

Mütəmadi aparılan check-up-ların faydası çox böyükdür:

  • İlkin profilaktika tədbirləri vaxtında aparılması
  • Xroniki xəstəliklərə risk faktorlarının müəyyənləşdirilməsi
  • Əvvəl aparılan check up nəticələri ilə müqayisə
  • Bəzi xəstəliklərin erkən stadiyada diaqnostikası və müalicəyə başlanılması
  • Ümumilikdə sağlam həyat tərzi tədbirlərinin həyata keçirilməsi

Profilaktik tədbirlər özlüyündə üç mərhələdə aparılır:

  1. Birincili, məsələn vaksinasiya
  2. İkincili, əgər hər hansı xəstəliyə tutulma riski varsa ona qarşı profilaktik tədbirlər, məsələn qan təzyiqinin normallaşdırılması, qanda lipidlərin tənzimlənməsi
  3. Üçüncülü, mövcud xəstəliyin ağırlaşmasının qarşısını almaq, məsələn təkrari miokard infarktının və ya insultların profilaktikası 

Check-Up Müayinələr

  • Kardioloqun müayinəsi

  • Döş qəfəsi flyuoroqrafiyası

  • EKQ

  • Doppler+rəngli exokardioqrafiya

  • Qan analizi tam (28 parametr+EÇS)

  • Qlükoza(aclıq)

  • Xolesterol total

  • Triqliserid (total)

  • HDL-xolesterol

  • LDL-xolesterol

  • Koaquloqramma (paketi)

  • Kardiovaskulyar stress-test tredmil

  • TSH

Ümumi Check-Up paketi

  • Terapevtin müayinəsi

  • Kardioloq müayinəsi

  • Oftalmoloq müayinəsi

  • Nevropatoloq müayinəsi

  • Beyin KT

  • Döş qəfəsi flyuoroqrafiyası

  • EKQ

  • Doppler+rəngli exokardioqrafiya

  • Kardiovaskulyar stress-test tredmil

  • Qalxanvari vəzi USM

  • Tam abdomen USM

  • AST

  • ALT

  • TSH

  • FT3

  • FT4

  • Qan analizi tam (28 parametr+EÇS)

  • Sidik analizi (tam)

  • Nəcisin ümumi analizi

  • Koaquloqramma (paketi)

  • Bilirubin total

  • HDL-xolesterol

  • LDL-xolesterol

  • Triqliserid (total)

  • ALP(qələvi fosfotaza)

  • Qamma qlütamil transferaza(GGT)

  • LDH (laktat dehidrogenaza)

  • Hemoqlobin A1C (qlükohemoqlobin)

  • Antistreptolizin-O (ASO)

  • Revmatoid faktor (RF)

  • C-reaktiv zülal (CRP)

  • Xolesterol total

  • Qlükoza(aclıq)

  • Amilaza

  • Kreatinin

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon