(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Cinsi xəstəliklərin əlamətləri, cinsi infeksiyalar, Cinsi xəstəliklərin müalicəsi, Cinsi zəiflik

Cinsi xəstəliklərin əlamətləri

Cinsi xəstəliklərin əlamətləri - Cinsi xesteliklerin elametleri - Kisi cinsiyyet orqaninda qizarti - Kisi cinsi orqaninda yaralar - Cinsi yolla kecen infeksiyalarin elametleri

Cinsi yolla ötürülən xəstəlilər nədir?

CYÖX və ya CYÖİ — cinsi yolla ötürülən xəstəliklər (infeksiyalar) — bu termin xəstəlik törədən mikrobların və şərti-patogen mikroorqanizmlərin səbəb olduğu patologiyalar qrupunu birləşdirir.

Kişilərdə CYÖİ-ləri üç kateqoriya üzrə qruplaşdırmaq olar:

1. Cinsiyyət üzvlərində zədələnmələrə (cinsi orqanlarda yaralara, sızanaqlara və törəmələrə) səbəb olan infeksiyalar.

2. Kişilərdə sidik kanalının iltihabına (uretrit) gətirib çıxaran cinsi yolla ötürülən infeksiyalar.

3. Sistemli CYÖİ-lər, hansılar ki bütün orqanizmdə müvafiq simptomların əmələ gəlməsinə səbəb olurlar.

Lokal simptomlara və ya uretritə səbəb olan bəzi infeksiyalar (məsələn, sifilis və qonoreya) vaxtında müalicə olunmadıqda digər orqanların zədələnmələrinə səbəb ola və orqanizmdə yayıla bilərlər.

Konkret bir infeksiyadan asılı olaraq, cinsiyyət üzvlərində zədələnmələr kişinin  ağrılı xoralar və suluqlar şəklində olurlar. Uretritə(sidik kanalaının iltihabı) gətirib çıxaran cinsi infeksiyalar çox vaxt sidik-tənasül yollarının infeksiyaları ilə əlaqəli olan erkən əlamətlərə malikdirlər. Bu əlaməətlərə diskomfort, sidik ifrazı zamanı ağrı və ya yandırma hissi vədaxildir.

Kişilərdə yayılmış cinsi infeksiyalar

Ümumilikdə cinsi infeksiyaların sayı bir neçə onluq təşkil edir, onlardan ən çox yayılmışları aşağıdakılardır:

* sifilis (törədici - Treponema Palidum)

* xlamidioz (törədici - Chlamydia trachomatis)

* qonoreya və ya tripper (törədici - Neisseria Gonorrea)

Cinsi infeksiyaların əlamətləri

Daha əvvəl qeyd edildiyi kimi, bir çox cinsi infeksiyalar orqanizmin ciddi zədələnməsi anınadək heç bir ifadə olunmuş klinik təzahürlərlə xarakterizə olunmur. Çox vaxt zöhrəvi xəstəliyə yoluxmuş kişi özündə aşağıdakı simptomları müşahidə edə bilər:

* qasıq və onun ətrafında narahatlıq və ya tez-tez xoşagəlməz hisslərin əmələ gəlməsi

* qasıq nahiyəsində və ya qarnın aşağı hissəsində diskomfort

* aralıq nahiyədə diskomfort və ya xoşagəlməz hisslər

* sidik ifrazı zamanı sancılar və ağrılar

* yalançı və ya tez-tez sidik ifraz etmək istəyi

* gecə sidik ifraz et

* cinsiyyət üzvləri nahiyəsində qaşınma

* penisin başlığında və ya onun uc dərisində səpgilərin və ya qızartının əmələ gəlməsi

* sidik kanalından ifrazatlar

* cinsi əlaqə zamanı diskomfort və ya ağrılar

Cinsi xəstəliklərin müalicəsi

Cinsi xəstəliklərin müalicəsi üçün preparatları yalnız ixtisaslaşdırılmış həkim seçə bilər. Yadda saxlamaq lazımdır ki, bəzi infeksiyalar müalicə olunmur, lakin onların aktivliyini həmişə azaltmaq mümkündür. Cinsi xəstəliklərin müalicəsi zamanı müxtəlif qrup medikamentlər təyin edilə bilər: antibiotiklər, virus əleyhinə preparatlar, immunomodulyatorlar və s. Hətta simptomlar yox olmağa başladığı zaman belə təyin edilmiş dərmanların qəbulunu dayandırmaq olmaz. Müalicədən sonra pasiyent həyata keçirilmiş terapiyanın effektivliyini müəyyən etmək üçün təkrar müayinədən keçməlidir.

Cinsi zəiflik və ya erektil disfunksiya
Erektil disfunskiya və ya əvvəllər “impotensiya” kimi tanınan problem kişi cinsiyyət orqanının ereksiyasının davamlı çatışmazlığı nəticəsində cinsi əlaqəyə girmənin mümkünsüzlüyü ilə müşayiət olunur. Erektil disfunksiyanın bir problemə çevrildiyini müəyyən etmək üçün bu halın ən azı 3-6 dəfə təkrarlanması gərəkdir.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon