(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Andrologiya, Cinsi zəifliyin diaqnozu, Cavan kişilərdə cinsi zəifliyin müalicəsi, Andrologiya hansı xəstəlikləri müalicə edir

Andrologiya

Andrologiya –  kişilərin cinsi zəifliyinin müalicəsi məqsədilə dünyanın öncül uroloji elmi cəmiyyətlərin, elmi tədqiqat institutlarının (Glickman Urological and Kidney Institute – Clivelend) uzun illər ərzində klinik tədqiqatları ilə təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Mərkəzimizdə cinsiyyət üzvlərinin ultrasəs müayinəsi, doppler müayinəsi ilə yanaşı labarator analizlər yolu ilə cinsi fəallığın təmin olunmasında mühüm rol oynayan hormonların (kişiyə və qadına aid hormonların, orqanizmin diğər vacib hormonlarının) səviyyəsinin müəyyən edilməsinə, infeksiyalarin aşkarlanmasına geniş imkanlar vardır.

Cinsi zəifliyin diaqnozu.

Cinsi zəifliyin diaqnozu pasientin yaşı, pis vərdişləri (tütün, alkoqol, narkotiklərə münasibəti) zəifliyin  baş vermə şəraiti, müddəti(neçə gün, ay, il), zəiflik halının tezlyi (həftədə, ayda neçə dəfə), həyat (ailə) və iş şəaiti, keçirdiyi və hazırki xəstəliyi, qadını (seksual partnyoru) haqda  və digər əlaqəli haqda məlumatlarnəzərə almaqlqla qoyulur. Cinsi zəiflik” anlayışı bizim qulağımızın alışdığı “Şəkərli diabet”, Miokard infarktı”, yaxud “Su çiçəyi” və ya “Trixomoniaz”, “tonzillit” kimi anlayış deyil. Cinsi zəiflik səbəb deyil, nəticədir.  Yəni,“Cinsi zəiflik bir qayda olaraq orqanizmin çoxsaylı nasazlıqlarının təzahürü, nəticəsidir. Andrologiya

Cavan kişilərdə cinsi zəifliyin müalicəsi.

Müalicənin ilk şərti cinsi zəifliyin həqiqətən mövcud olmasıdır! Cinsi zəifliklə bağlı həkimə müraciət edənlərin az qala yarısında əslində cinsi zəiflik mövcud deyil! Bu səbəbdən bir daha cinsi zəifliyin əslində nə olması barədə izahata ehtiyacı var. Belə ki, cinsi zəiflik (və ya impotensiya, erektil disfunksiya, cinsi gücsüzlük, cinsi iqtidarsızlıq və s.) diaqnozu o zaman qoyula bilər ki, müəyyən bir müddət  ərzində cinsi əlaqənin təkrar-təkrar (ən azı 25 % hallarda) baş tutmaması və ya cinsi əlaqənin tərəfləri müntəzəm olaraq qane etməməsi müşahidə olunsun!

Həkim yalnız diaqnoza əmin olduqdan sonra optimal müalicə təyin edə bilər. Cavan kişilərdə cinsi zeifliyin mualicesində pasientdə psixoloji inam yaratmaq çox mühümdür. Fiziki saglam cavan kişilərdə çeşidli kimyəvi dərmanlarla mualice, habelə müxtəlif tibbi qurğulardan istifadəyə adətən ehtiyac olmur. Həmçinin tibbdə cinsi zeiflik üçün rəsmi olaraq tanınan Viaqra və onun analoqlarının da yalnız cinsi zəifliyin kəskin formalarında tətbiqi məsləhətdir.

Əgər prostat vəzidə problem olarsa (prostatit, prostat vezinin fibrozlaşması, kalsinatları və s.) birinci nıvbədə prostatda olan problemləraradan qaldırılmalıdır. Təəssüf ki, prostatın daşlarını (və ya kalsinatlarını) yox etmək mümkün deyil. Bu zaman müalicənin məqsədi  prostatın daşlaşmasinın (kalsinatlaşmasının) dayandırılması və prostat vezinin qan dövranın yaxşılaşdırılmasıdır. Budan ötrü hələ ki, ən üstün metod Biopunktura metodudur. Bu metodda qədim Çin tibbinin Akupunktura müalicəsi müasir alman homeopatik müalicəsi ilə  tamamlanaraq əsil müalicə effekti verir.

Urologiya nədir?

Urologiya qadın və kişi sidik yollarının (böyrək, sidik axarları, sidik kisəsi, sidik kanalı), eləcə də kişi reproduktiv sisteminin (xaya, xaya, prostat və cinsiyyət üzvü) qeyri-cərrahi və cərrahi müalicələri ilə məşğul olan elm sahəsidir.

 

Urologiya, sidik yollarının infeksiyası, prostatın xoşxassəli böyüməsi və s. Xəstəliklərin, prostat xərçənginin, böyrək xərçənginin, böyrək daşlarının və s. müalicələri ilə məşğul olduğu üçün. xəstəliklərin cərrahi müalicələri (əməliyyatları) ilə məşğul olur.

Urologiya hansı xəstəlikləri müalicə edir?

  • Urologiya kişi və qadın sidik yollarının və kişi reproduktiv sistemi xəstəliklərinin müalicəsi ilə məşğul olur.
  • Qadın və kişi sidik yollarının xəstəlikləri;
  • Böyrəküstü vəzi əməliyyatları,
  • Böyrək (böyrək daşı, böyrək kisti, böyrək xərçəngi və s.)
  • Ureter (Sidik axarında daşı və s.)
  • Sidik kisəsi (sidik kisəsi infeksiyası, daş və s.)
  • Uretra (uretra infeksiyası, stenoz və s.)
  • Kişi reproduktiv sisteminin xəstəlikləri;
  • Xaya və onun əlavələri (xaya infeksiyası, xaya xərçəngi və s.)
  • xaya
  • seminal vezikül
  • Prostat vəzi (prostatın iltihabı, prostat böyüməsi, prostat xərçəngi)
  • Penis (penis əyriliyi və s.)

Andrologiya hansı xəstəlikləri müalicə edir?

Andrologiya kişi cinsi sağlamlığı ilə əlaqəli olan erektil disfunksiya, boşalma problemləri, penis əyriliyi kimi xəstəliklərin tibbi və cərrahi müalicəsi ilə məşğul olur. Kişi sonsuzluğunun cərrahi yolla müalicəsi, varikoselin cərrahi müalicəsi, sperması olmayan xəstələrin (azospermiya) müalicəsi, sperma kanalları tıxanmış xəstələrin cərrahi müalicəsi ilə məşğul olur. Qadınların cinsi sağlamlığında cinsi istək, oyanma və orqazm (məmnunluq) pozğunluqlarının müalicələri ilə məşğul olur.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon