(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@renessansklinikasi.az
QƏBULA YAZIL

Allergik dəri xəstəliklərinin müalicəsi, allergik testlər, Allergik dermatit və dermatozlar, Dermatitin növü

Allergik dəri xəstəliklərinin müalicəsi

Dərinin açıq hissələrini (üz, əllər) qorumaq üçün peşə geyimlərindən başqa, bir sıra mühafizəedici məlhəmlərdən, pasta və yuyucu maddələrdən də istifadə edilir. Bu maddələr iki yerə bölünür:
1) mineral yağlardan, neftdən və neft məhsullarından (lak, qatran və s.) qoruyan;
2) turşulardan, duzlardan, qələvilərdən qoruyan dərmanlar.
Birinci qrup məlhəmlərə «bioloji əlcək», «mikolan», «selikon məlhəmi» və s. aiddir. Bunlar dərinin səthində üzvi maddələri buraxmayan təbəqə əmələ gətirir.
İkinci qrup məlhəmlər zərərli su məhlullarını keçirmir.
İşdən sonra «Lanolin», «Yantar» və s. kremləri sürtmək məsləhət görülür.
Ümumiyyətlə, allergiyaların müalicəsi iki istiqamətdə aparılır:
1) orqanizmin, xüsusilə sinir sisteminin möhkəmləndirilməsi;

allergik testlər

Dəri testi allergik xəstəliklərin  diaqnostikasında ən əsas və dəqiq müayinə metodlardan biridir. Dəri testi  dəridə mast hüceyrələrinə bağlı olan sİgE antikorların varlığını göstərir.

 

 Dəri allergik testləri​nin üstünlükləri

 

Hər yaşda rahatlıqla istifadə olunur

Aşağı maliyyətlidir

Güvənlidir

Dəri testlərini  uşaqlarda neçə yaşından aparmaq olar?

 

Ümumiyyətlə, dəri testləri 2 növdə olur: skarifikasion və prick testlər.

 

1. Skarifikasion (cızma) testlər  zamanı dəriyə allergen damızdırılır və  skarifikatorla dəridə xırda cızma aparılır. 15 dəqiqədən sonra yaranan papulanın diametri ölçülür və 3 mm çox olarsa testin nəticəsi pozitiv sayılır. Skarifikasion dəri testi zamanı cızmanın  uzunluğu və dərinliyi konkret həkimin istifadə texnikasından asılıdır. Kapilyarlar zədələndikdə cavablar düzgün olmur. Testin aparılmasının texniki xüsusiyyətləri və 2 yaşa kimi uşaqların dərisinin çox həssas olmağı səbəbindən  skarifikasion testlər bu yaş kateqoriyasında çox zaman yalnış (+) və ya yalnış (-) cavablar verir. Ümumiyyətlə dəri testinin bu növü hal-hazırda postsovet məkanından başqa dünyanın digər ölkələrində istifadə olunmur.

 

2. Prick dəri testləri skarifikasion testlərin modifikasiya olunmuş növüdür. Bu test zamanı dəridə cızma deyil, xüsusi prick lansetlərin vasitəsi ilə dəriyə zərif toxunuşla iynə batırılır. Prosedura ağrısızdır, standartlaşmış prick-lansetlərlə aparıldığından  müəyyən edilmiş dərinlikdən artıq lanseti batırmaq mümkün deyil, kapilyarlar zədələnmir. 2 yaşa kimi uşaqların dərisinin çox həssas olduğuna baxmayaraq, prick testlər bu yaş qrupunda  yüksək dəqiqliyə malikdir.

 

Avropa  Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlarının ( ЕАААСI) və Amerikanın Allergiya Astma və İmmunologiya Akademiyasının (AAAAI)  protokollarına əsasən dəri prick testlərini 1 ayından aparmaq olar.

 

Dəri prick testi etmədən öncə hansı dərmanlar kəsilməlidir?

 

Antihistamin preparatlar ( 1- 7 gün öncə, dərmandan asılı olaraq)

Antihistamin nazal spreylər ( 3 gün öncə)

Antihistamın göz damcıları ( 3 gün öncə)

Ranitidin, simetidin kimi H2 reseptorların antaqonistləri ( 48 saat öncə)

Dəri prick testlərə əks göstəriş varmı?

 

Dəri prick testlərinə əks göstərişlər aşağıdakılardır:

 

Antihistamin preparatlarının dayandırılmasının mümkünsüzlüyü

Allergenlərlə anafilaksiya riskinin yüksək olması (kontrolsuz bronxial astma, anamnezdə ağır kliniki simptomların allergenlə təmasdan sonra dəqiqələr içində inkişaf etməsi )

Son 1 ayda anafilaksiya keçirən xəstələrdə

Dəri xəstəlikləri (kəskin və  xroniki övrə, dermaqrofizm, dəri mastositozu)

Hamiləlik

Allergik dermatit və dermatozlar

Dermatologiya dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patologiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostikası, müalicə və proliflaktikası ilə məşğul olan bir sahədir. Dəri xəstəliklərinin əmələgəlmə səbəbləri müxtəlifdir.Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.) Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərir. Dermatit – dərinin müxtəlif qıcıqlandırıcılara iltihabi reaksiyasıdır.

Dermatitin iki növü var:

  • Kontakt  dermatit
  • Toksidermiya

Kontakt dermatitlər qıcıqlandırıcının dəriyə bilavasitə təsir etməsindən əmələ gəlir. Toksidermiyalar isə yad maddələrin bədənə daxil olması ilə əmələ gəlir. 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!
Svg Vector Icons : http://www.onlinewebfonts.com/icon